11 Aprel 2023 16:08
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə səs-küy yaranıb. Mərhum Turan Rüstəmovun anası təqsirləndirilən şəxsə qarşı ittihamlar səslədirib.

Hakim zalda sakitliyin yaradılmasını tələb edib. Səs-küy salanlara xəbərdarlıq çatdırıb. Növbəti dəfə belə hala yol verilərsə, həmin şəxsin zaldan xaric ediləcəyini deyib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, o, hadisəni törədən zaman İdman Akademiyasında təhsil alırmış.

Daha sonra məhkəmə baxış iclasına təyin olunub. Məhkəmə baxışı aprelin 25-də keçiriləcək.

Qeyd edək ki, Tunar Rüstəmovun 50-dək yaxını, qohumu və dostu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya təşkil ediblər. Onlar məhkəmənin ədalətlə keçirilməsi, Tunarın qatilinə ömürlük cəza verilməsi və digər məzmunda oxşar şüarlar səsləndiriblər.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər