5 Yanvar 2015 13:51
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda silahlı insident baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. Kənd sakini Əlizamin Bayramov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində əl nahiyəsindən xəsarət alıb.

Şabran rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Əlizamin Bayramovdan müvafiq sənədləri olmayan “Tula” markalı tüfəngi götürülüb.

Hacı Zeynalov


Müəllif: