7 Yanvar 2015 15:50
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milad bayramı münasibətilə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası keşişlərinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ayrı-ayrı cəzaçəkmə müəssisələrində xristian dininə ibadət edən məhkumlar üçün nəzərdə tutulmuş dini ibadət otaqlarında mərasimlərin keçirilməsinə şərait yaradılıb.

Teleqraf.com xəbər verir ki, dini ayinlərin icra edilməsi ilə əlaqədar Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının keşişi protoiyerey Mefodiy 15 saylı cəzaçəkmə müəssisəsində olub.

Pravoslav kilsəsinə mənsub məhkumlarla görüş keçirib, dini mövzuda mühazirələr söyləyib, dualar oxuyub. Tədbirin sonunda məhkumlara bayram hədiyyələri təqdim olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər