Bakı şəhər sakini saxta arayış düzəldərək “VTB” bankdan pul götürməsi müəyyən edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 2013-cü il iyul ayında Bakı şəhər sakini Elnarə Balayevanın “Atel” MMC-nin adından saxta arayış düzəldərək paytaxt sakini Gültən Abışovanın adına “VTB” bankdan 5000 manat alması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov