Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un etdiyi məlumata görə, hadisə bu il iyunun 7-də baş verib.
Vüsal yaşadığı evin qonaq otağında həyat yoldaşı Sevda ilə qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı Sevdanıvuraraq ona xəsarətlər yetirib.
Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyunun 7-də, saat 15.30-da həyat yoldaşı Sevda ilə mübahisə zamanı əsəbləşib: “Sevdanın üz, baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona xəsarət yetirdim. Əməlimdən peşmanam”.
Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Vüsal 1000 manat miqdarında cərimə olunub.