4 Oktyabr 2023 19:14
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbs müddətini iki ay uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə sistemi məlumat yayıb.

Növbəti məhkəmə iclası oktyabrın 18-i saat 15:00-da olacaq.

Qeyd edək ki, Qriqori Xaçaturov keçmiş müdafiə naziri, parlamentin “Ayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərin işində iştirak edir. Cinayət işi çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər