Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.
Teleqraf.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçaturyanın ağlaması diqqəti çəkib.
Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, ilkin dinləmələr keçirilir.
Qeyd edək ki, V.Xaçaturyan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.