18 Yanvar 2015 23:03
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb.

Şəhər sakini, 1982-ci il təvəllüdlü Rzayev İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Şəhadət kənd sakini, 1991-ci il təvəllüdlü Soltanov Orxan Elbrus oğluna məxsus “VAZ 2106” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır


Müəllif: