21 Noyabr 2023 19:51
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saxlanılan “Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qərar qəbul olunub.

Qərara əsasən, Sevinc Abbasova barəsində üç ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər