Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Həsənalı kəndində (rayon mərkəzinden 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 3 otaq və aynabənddən ibarət evin tavanı 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.