21 Yanvar 2015 06:39
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöldə yanğın hadisəsi qeydə alınıb. Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qızılqaya qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib.

Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 130 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa Bakının Nərimanov rayonunda vətəndaşa məxsus "KİA" markalı minik avtomobilində yanğın olub.

Nəticədə avtomobilin salonunda oturacaq hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: