Bakının Nəsimi rayonunda meyit aşkar olunub.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, kişi cinsinə məxsus meyit yanvarın 22-də, gecə saat 02.00-da tapılıb. İ.İsmayılov küçəsi 18 ünvanının qarşısında aşkarlanan meyit barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları meyitin üzərində şəxsiyyətini təsdiq edən sənəd tapa bilməyiblər. Bu səbəbdən meyitin kimə məxsus olduğu məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov