Bakının Nəsimi rayonu ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Bakı şəhər sakinləri Allahverən Babayevi və Abduləli Abdullayevi bıçaqla hədələyib, Allahverən Babayevin mobil telefonunu alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qax rayon sakini Emil Qocayev, Salyan rayon sakini Mirağa Əhədov, Abşeron rayon sakini Fuad Teymurov və Culfa rayon sakini Sunay Quliyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov