27 Yanvar 2015 15:55
2 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tomsk vilayətinin müstəntiqləri dövlət yol polisi (DYP) müfəttişinin evini yandıran iki nəfəri ifşa edib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, şübhəli şəxslər hadisəni qisas məqsədilə törədiblər. Belə ki, evi yandırılan DYP müfəttişi yol hərəkəti qaydasını pozduğuna görə şübhəlilərdən birinin sürücülük vəsiqəsini əlindən alıb. Şübhəlilər isə içərək sərxoş olduqdan sonra qisas almaq qərarına gəlib və müfəttişin evini yandırıblar.

Hadisəni törədənlər 1982 və 1987-ci il təvəllüdlü şəxslərdir. Onlar cinayəti etiraf ediblər və yaşayış yerini tərk etməmək şərti ilə sərbəst buraxılıblar.

Faktla bağlı araşdırma davam edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər