5 Aprel 00:55
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi afrikalı futbolçu Luk Flers Yohannesburqda avtomobil oğurluğu zamanı öldürülüb.

Teleqraf.com xəbər verir ki, iki silahlı cinayətkar onu avtomobildən çıxararaq güllələyib.

Hadisə futbolçunun yanacaqdoldurma məntəqəsində xidmət gözlədiyi zaman baş verib.

Cinayətkarlar silahı idmançıya tuşladıqdan sonra onu maşından çıxarıblar. Silahlılar daha sonra futbolçuya atəş açıblar. Hadisə zamanı onlardan biri avtomobili qaçırıb. 24 yaşlı Flers aldığı xəsarətlərdən xəstəxanada ölüb.


Müəllif: Teleqraf.com