6 Aprel 17:17
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu yolu ilə pul tələb etmədə təsirləndirilən iş adamı Vahid Xələfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Vahid Xələfov 14 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, iş üzrə zərərçəmiş tərəf isə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdur.

Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Vahid Xələfov tikinti şirkətinin sahibidir.

Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

Daha əvvəl isə H.Xəlilovla V.Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə H.Xəlilovun xeyrinə qərar çıxarıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər