Bakının Binəqədi rayonunda oğurluq edən həbs edilib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 202 saylı xətt avtobusunda Bakı şəhər sakini Amal Nuruşlunun cibindən içərisində 500 manat və sənədləri olan pul kisəsini oğurlanıb. O, hadisə ilə bağlı polisə məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Quba rayon sakini Muxtar Ağazadə tutulub. O, başqa bir cinayət törədərkən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov