“2014-cü ildə hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 1865 müraciətinə baxılıb, 1203 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2781 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 2162 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub”.
Teleqraf.com xəbər verir ki, bu barədə ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında çıxış edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.
Hacı Zeynalov