28 İyun 14:01
1 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 2006-cı il təvəllüdlü Turan dostunun sevgilisi Mayaya (adlar şərti verilib – red.) seksual xarakterli hərəkətlər edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Turan aralarında olan tanışlıq münasibətlərinə görə aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi Maya ilə 28 fevral 2022-ci ildə Bakı şəhəri Yasamal rayonu “Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında görüşüb.

Daha sonra piyada H.Cavid prospekti 80 saylı ünvanda yerləşən hündürmərtəbəli binanın qarşısına gəliblər. Həmin gün saat təxminən 22 radələrində orada Maya ilə birlikdə həmin binanın 14-cü mərtəbəsinə çıxıblar.

Turan pilləkən qəfəsliyinin eyvanında Mayanın razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Turanın barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Onların münasibəti ciddi deyildi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Turan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, anası ilə birlikdə yaşayır: “Rəvan mənim həm qonşum, həm də dostumdur. Rəvan ilə bir neçə il bundan əvvəl Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən internet kafelərin birində tanış olmuşam. Rəvan adını xatırlamadığım həmin internet kafenin işçisi olub. Biz sadəcə internet kafedə bir-birimizi gördüyümüz zamanı görüşərək söhbət etmişik. Mayanı dostum Rəvanın sevgilisi kimi tanımışam. Lakin bildiyimə görə, onlar arasında olan münasibət ciddi xarakter daşımayıb. Rəvan mənə Mayanın və özünün 17 yaşının olduğunu bildirib. Mən Mayanı cəmi iki dəfə görmüşəm. İlk dəfə onlar dəqiq xatırlamadığım tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində görüşərək gəzib, söhbət etmişik”.

“Qorxduğu üçün evdən qaçdığını bildirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, bu işdə adı hallanan Namiq ilə idman zalında tanış olub: “Namiq və Rəvan bir-birlərini tanımayıblar. 28 fevral 2022-ci ildə dostum Namiq ilə birlikdə ayaqqabı almaq məqsədilə Sumqayıt şəhərində görüşdük. Həmin vaxt Rəvan zəng edərək, Mayanın evdən qaçdığını və ona ev tapmaqda kömək lazım olduğunu bildirdi. Mən Namiqlə birlikdə kömək etmək məqsədilə Rəvan ilə Mayanın yanına getdim. Mayanın evdən niyə qaçdığını soruşdum. Maya dərslərindən zəif qiymət aldığını, bu səbəblə atasının onu danlayacağından qorxduğu üçün evdən qaçdığını bildirdi”.

“Heç bir seksual xarakterli hərəkət etməmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, hündürmərtəbəli binanın yanından keçən zaman Maya ona həmin binaya daxil olmağı təklif edib: “Mən Mayanın evdən qaçması ilə bağlı problemi ilə maraqlanmaq məqsədi ilə onun təklifi ilə razılaşdım, həmin binaya daxil olduq. Lift ilə 14-cü mərtəbəyə qalxdıq. Həmin mərtəbədə Maya ilə heç bir münasibətdə olmamışam. Orada təxminən 5-10 dəqiqə dayandıqdan sonra aşağı düşdük, binadan bayıra çıxdıq. Maya ilə yuxarıda olan zaman birlikdə gələn dostlarım Namiq və Rəvan binanın qarşısında bizi gözləyiblər. Bundan sonra mən və Rəvan metro ilə “20 Yanvar” metrostansiyasına gəldik. Namiqlə Maya isə Sumqayıt şəhərinə getdilər. Mən Mayaya qarşı heç bir seksual xarakterli hərəkət etməmişəm”.

“Evə qayıda bilmədim”

İş üzrə zərərçəkmiş Mayanın ifadəsinə görə, Rəvan ilə dəqiq xatırlamadığı tarixdə "İnstaqram" sosial şəbəkəsi vastəsilə tanış olub və bundan sonra onlar sevgili münasibətində olublar: “Mən Rəvan ilə təqribən bir müddət "İnstaqram"da danışdıqdan sonra onunla görüşməyə qərar verdim. İlk dəfə Rəvan ilə 2022-ci ilin fevral ayında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində görüşdük. Rəvan Sumqayıt şəhərində yaşadığından və Bakı şəhərini tanımadığından görüşdüyümüz vaxt onun yanında dostu Turan adlı şəxs də olub. Biz birlikdə Yeni Günəşlidə olan parka getdik. Daha sonra mən oradan getmək istədim. Lakin Rəvan əsəbiləşərək Sumqayıtdan Bakıya mənə görə gəldiyini bildirdi. Heç nə etməmiş gedə bilməyəcəyini dedi. Bu vaxt Turan adlı şəxs üstümə bıçaq çıxararaq məni qorxutdu. Bu səbəbdən qorxduğum üçün evə qayıda bilmədim”.

“Evdən qaçdığımı dedi”

Maya qeyd edib ki, həmin gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən binaların birinin blokunda Rəvanın dostu Turanla qeyri-təbii yolla cinsi əlaqə olub: “Bundan müddət sonra ailəmdə problemlərim yarandı, evdə atam mənə hicab bağlamağa məcbur etdi. Bu səbəbdən 28 fevral 2022-ci ildə yaşadığım evdən qaçdım. Gedə biləcəyim başqa yer olmadığından ikinci dəfə yenidən Rəvan ilə görüşdüm. Rəvan məni Yasamal rayonu Elmlər metrosunun yaxınlığında yerləşən kafeyə apardı. Bundan sonra Rəvan dostu Turanla əlaqə saxlayaraq mənim evdən qaçdığımı, getməyə yerim olmadığını dedi. Daha sonra Turan olduğumuz yerə gəldi. Həmin vaxt Turanın yanında tanımadığım, sonradan adının Namiq olduğunu öyrəndiyim şəxs də olub”.

“Mənə pis təsir etdi”

Mayanın sözlərinə görə, Turan gəldikdən sonra onlar birlikdə gəzməyə başlayıblar: “Bu zaman Turan hündürmərtəbəli binanın qarşısına çatdıqda mənə həmin binanın yuxarı mərtəbəsinə qalxmağı təklif etdi. Həmin vaxt Rəvan Turanın təklifini eşitsə də, mənim Turanla həmin binaya qalxmağıma etiraz etmədi. Mən Rəvan ilə sevgili münasibətində olduğum üçün onun mənimlə Turanın həmin binaya qalxmağıma heç bir etiraz etməməsi pis təsir etdi. Mən də oraya qalxanda nə olacağı ilə maraqlanmadan onunla razılaşdım. Turanla həmin binaya daxil olduq və liftlə yuxarı mərtəbəyə qalxdıq”.

Maya deyib ki, həmin binanın xatırlamadığı mərtəbəsində yerləşən pilləkənlər olan yerdə Turan onunla qeyri-təbii yolla cinsi əlaqədə olub: “Daha sonra birlikdə aşağı düşdük. Həmin vaxt Rəvan ilə Namiq binanın qarşısında bizi gözləyirdilər. Daha sonra Namiqlə birlikdə əvvəllər tanımadığım, sonradan adının Musa olduğunu öyrəndiyim şəxsin evinə getdik. Rəvan ilə Turan isə birlikdə Sumqayıt şəhərinə qayıtdılar”.

“Daha yaxından tanış olmaq istədim”

Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı cinayət işi üzrə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.

Həmin ifadədən məlum olur ki, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində anası Gülayə, atası Vahid, azyaşlı qardaşları Sərxan və Ramillə birlikdə yaşayır: “Özüm orta məktəbin 8-ci sinifdə oxuyuram. 2022-ci ilin təqribən yanvar ayının əvəllərində "İnstaqram" sosial şəbəkəsi vastəsilə Rəvanla tanış oldum. Onunla təqribən bir aya yaxın “İstaqram” sosial şəbəkəsində danışdıqdan sonra daha yaxından tanış olmaq istədim. Mən telefon nömrəmi Rəvana verdim. Bundan sonra Rəvan mənimlə telefon vastəsi ilə əlaqə saxlayaraq danışdıq”.

“Zarafat etdiyini bildirdi”

Zərərçəkmiş bildirib ki, 2022-ci ilin fevralın əvvəllərində axşam radələrində Rəvan ilə danışıb: “Razılaşdıq ki, Rəvan yaşadığım məhəllə tərəfə gələcək, biz görüşüb gəzişəcəyik. Rəvan hər dəfə danışanda məni sevdiyini deyirdi. Danışıqlarımızın səhəri günü günorta saat təqribən 13 radələrində Rəvan mənə zəng vurdu, yaşadığım ünvana gəldiyini bildirdi. Mən öz evimizin ünvanını Rəvana bildirdim. Anamdan həyətə düşməyə icazə aldım və həyətə düşdüm. Rəvan ilə görüşdüm. Həmin vaxt Rəvanın yanında onun dostu Turan adlı şəxs də olub. Mən Turanı bir neçə dəfə Rəvan ilə telefonda “Whatsapp” sosial şəbəkə vastəsi ilə görüntülü danışarkən onun yanında görmüşəm. Mən həyətə düşərək onlarla salamlaşdım. Birlikdə Yeni Günəşlidə olan parka getdik və orada gəzişməyə başladıq. Mən Rəvan və Turanla gəzən zaman evə getmək istədiyimi bildirdim. Bu zaman Turan Rəvanın üstünə qışqırdı və bildirdi ki, onu Sumqayıtdan Günəşliyə nəyə görə gətirib. Turan bu sözləri Rəvana deyəndən sonra cibindən bıçağa bənzər bir əşya çıxardı və əlində oynatmağa başladı. Mən Turandan qorxdum və evə getmək istədim. Bu zaman Rəvan və Turanın arxamca gəldiklərini gördüm. Turan əlində olan əşyanı gizlədərək mənə zarafat etdiyini bildirdi. Sonra Rəvan və Turan evlərinə getdilər. Mən də öz evimizə getdim”.

Zərərçəkmiş bildirib ki, daha sonra Rəvan ilə telefon vasitəsi ilə mütəmadi əlaqə saxlayaraq danışıb: “Bütün olanlara baxmayaraq Rəvan yenə də məni sevdiyini etiraf edirdi. Bu hadisədən təqribən bir həftə sonra Rəvan mənimlə görüşmək üçün məhəlləmizə getmək istədiyini bildirdi. Lakin Rəvana evdən çıxa bilməyəcəyimi dedim”.

“Məni sevgilisi kimi təqdim etdi”

Mayanın ifadəsinə görə, fevralın 28-də, səhər saat 07:30-da anası onu məktəbə aparıb: “Anam məni məktəbin arxa qapısından içəri saldı. Anam getdikdən sonra məktəbin qabaq qapısından çıxdım və yaxınlıqda olan avtobus dayanacağından 50 nömrəli marşrut avtobusuna minərək “Xalqlar dostluğu” metrosu yaxınlığında olan H.Əliyev parkına getdim. Mən bir qədər parkda oturduqdan sonra Rəvan ilə telefon əlaqəsi saxladım. Ona evdən qaçdığımı bildirdim. Rəvana əvvəlcədən evdən qaçacağım barədə heç nə deməmişəm. Rəvan həmin vaxt bildirdi ki, hazırda Sumqayıt şəhərindədir, bir-iki saata gələcək. Rəvan gələnə qədər parkda onu gözlədim. Təqribən 3-4 saata Rəvan olduğum parka gəldi. Rəvan məni götürərək metroya mindirdi və yeznəsinin işlədiyi Elmlər metrosunun yaxınlığında yerləşən kafeyə apardı. Orda Rəvan məni yeznəsi ilə tanış etdi. Rəvan yeznəsinə məni sevgilisi kimi təqdim etdi. Biz həmin kafedə oturaraq hərəmiz bir dönər yedik. Saat təqribən 17-18 radələrində Rəvan yeznəsindən icazə alaraq mənimlə gəzəcəyini bildirdi”.

“Cinsi əlaqədə olduq”

Maya qeyd edib ki, daha sonra Rəvan ilə birlikdə kafedən çıxıb və gəzməyə başlayıblar: “Mən həmin ərazini tanımadığımdan harada gəzdiyimi bilmirdim. Hündür mərtəbəli binanın qarşısından keçən zaman Rəvan mənə bildirdi ki, cinsi əlaqədə olmaq istəyir. Mən Rəvanın təklifi ilə razılaşdım və birlikdə həmin hündür mərtəbəli binanın blokuna daxil olduq. Binanın yuxarı mərtəbəsinə liftlə qalxdıq. Orada heç kim yox idi. Orada cinsi əlaqədə olduq. Sonra Rəvan ilə birlikdə onun yeznəsinin işlədiyi kafeyə geri qayıtdıq. Rəvana qalmağa yerim olmadığını bildirdim. Rəvan mənə təkidlə məsləhət görürdü ki, evə, valideyinlərimin yanına qayıdım. Lakin Rəvana bildirdim ki, evə, geri qayıtmaq istəmirəm”.

“Heç biri mənə əl vurmadılar”

Maya deyib ki, daha sonra Rəvan öz telefonu ilə dostu Turanla əlaqə saxlayaraq onun yanında olduğunu, evdən qaçdığını, getməyə yeri olmadığını deykb: “Rəvan Turana konum atdı ki, bizim olduğumuz yerə gəldi. Həmin vaxt Turanın yanında tanımadığım, ilk dəfə idi ki, gördüyüm, sonradan adını Namiq kimi öyrəndiyim şəxs də var idi. Turan gəldikdən sonra birlikdə kafedən çıxdıq və yaxınlıqda gəzişməyə başladıq. Turan mənə yaxınlaşaraq öyüd-nəsihət verməyə başladı ki, evə qayıdım. Turan mənimlə bir hündürmərtəbəli binanın qarşısına çatan zaman cinsi əlaqədə olmağı təklif etdi. Mən də onunla razılaşdım və birlikdə binaya daxil olduq və liftlə yuxarı mərtəbəyə qalxdıq. Orada olan eyvanda cinsi əlaqədə olduq. Sonra paltarlarımızı geyinib aşağı düşdük. Həmin vaxt Rəvan ilə Namiq binanın qarşısında bizi gözləyirdilər. Həm im vaxt saat təqribən 21-22 radələrində olardı. Biz aşağı düşəndən sonra Turan Namiqdən xahiş etdi ki, bir gecəlik qalmağıma yer tapsın. Bundan sonra Namiq məni özü ilə Sumqayıt şəhərinə apardı. Orada tanımadığım bir evə getdik. Həmin evdə Namiqin dostu qalırdı. Hətta biz yolda olan zaman Namiq dostuna zəng vurdu və mənim evində gecələməyim üçün icazə aldı. Həmin gecə Namiqin dostunun evində qaldıq. Namiqin dostunun adını xatırlamıram. Namiq dostu ilə yerdə yer salaraq yatdılar. Mən isə çarpayıda yatdım Onların heç biri mənə əl vurmadılar”.

“Məni polislər qarşıladı”

Mayanın sözlərinə görə, səhəri gün Rəvan ona zəng vurub və müəlliminin onu axtardığını bildirib: “Rəvan mənim evə getməyimi istədi. Bundan sonra Namiq məni avtobusa mindirdi. Mən avtobusdan “20 yanvar” metrosunun yaxınlığında düşdüm. Orada məni polislər qarşıladı və bölməyə apardılar”.

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turanın Mayaya qarşı seksual xarakterli hərəkətlər etməsi sübuta yetirilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, sübutların qiymətləndirilməsi haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Rəvanın cinayətin törədildiyi vaxtda 16 yaşı tamam olmadığından onun barəsində cinayət işinə xitam verilib.

Həmçinin hökmdə göstərilib ki, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Rəvan 2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk edib və Moskva şəhərinə gedib.

Atanın cəzası nə oldu?

Xatırladaq ki, Mayanın atasının ona qarşı seksual xarakterli hərəkətlər etməsi barədə şikayət edib. Onun bu şikayəti əsasında Mayanın atasının barəsində Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi ayrıca icraata götürülüb.


Müəllif: Hacı Zeynalov