Dağıstanın keçmiş idman naziri, əvvəllər mənimsəmə ittihamı ilə həbs edilmiş Maqomed Maqomedova qarşı yeni ittiham irəli sürülüb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, istintaq komitəsi sabiq naziri terrorizmi təbliğ etmək və qətl törətməkdə ittiham edir.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 2-ci hissəsi (vəzifə mövqeyindən istifadə edərək terrorçuluq fəaliyyətini təşviq etmək), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (iki nəfəri öldürmə), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 160-cı maddəsinin 4-cü hissəsi (mənimsəmə və ya xüsusilə külli miqdarda mənimsəmə) ittiham edilir.
Cinayət işində digər təqsirləndirilən şəxs Dağıstan İdman Nazirliyinin keçmiş şöbə müdiri Xalitbeq Maxaçevdir. O, yalnız mənimsəmədə ittiham olunub.
Hər iki təqsirləndirilən şəxsin həbs müddəti 2024-cü il oktyabrın 3-dək uzadılıb.