Federal Təhlükəsizlik Xidməti (FSB) Sudjada video çəkən iki italiyalı jurnalistə qarşı Rusiya sərhədini qanunsuz keçməyə görə cinayət işi açıb.
Teleqraf.com yeli mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Simoni Traini və Stefani Battistiniyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 3-cü hissəsi (“Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmə”) ilə iş açılıb.
Hüquq-mühafizə orqanları digər xarici müxbir Nik Peyton Uolşun Kursk vilayətində olması ilə bağlı materialları da yoxlayır. Onun nəticələrinə əsasən prosessual qərar veriləcək.