11 Sentyabr 01:21
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikaraquada əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş 135 nəfər vətəndaşlıqdan məhrum edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi məlumat yayıb.

"Manaqua dairəsi Apellyasiya Məhkəməsinin Birinci Cinayət Palatası Nikaraqua xalqının suverenliyinə, müstəqilliyinə qəsd edən, zorakılığı, nifrəti, terrorizmi təbliğ edən, sülhü, təhlükəsizliyi və konstitusiya quruluşunu pozan cinayət əməllərinə görə məhkum edilmiş 135 nəfərin Nikaraqua vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan məhkəmə qərarı çıxarıb", - məlumatda deyilir.

Keçən həftə eyni sayda vətəndaş Manaqua və Vaşinqton arasında razılaşma əsasında Qvatemalaya deportasiya edilib. Deportasiya edilənlərin şəxsiyyəti açıqlanmır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər