12 Sentyabr 00:58
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 71 yaşlı Dominik Peliko 10 il ərzində 80-dən çox kişinin yoldaşı Jizel Pelikoya təcavüz etməsinə şərait yaradıb.

Teleqraf.com xəbər verir ki, hazırda Dominikin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bildirilir ki, Peliko həyat yoldaşına narkotik verərək yatızdırandan sonra evlərinə müxtəlif adamlar dəvət edib. 10 il müddətində qadına ümumilikdə 80 kişi təcavüz edib. Peliko bütün baş verənləri lentə alıb və videoları özündə saxlayıb. Bu cinayətlər 2020-ci ildə polis başqa bir işin istintaqı çərçivəsində onun sərt disklərinin məzmununu yoxlayanda üzə çıxıb.

Cinayətlərdən xəbərsiz olan Jizel Peliko yaddaş pozuntularından əziyyət çəkirdi. O, səhhətində problemlər yarandığını düşünürdü. Jizel baş verənlərdən polislərin məlumatından sonra xəbərdar olub. Bundan sonra qadın məhkəməyə müraciət edib. Məhkəmədə həmçinin Pelikoların qızı iştirak edir, belə ki, Dominikin çəkdiyi görüntülər arasında onun da fotoşəkilləri aşkar edilib.

Dominik Pelikonu 20 ilə qədər həbs gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər