10 Sentyabr 00:11
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə gündəmini zəbt edən 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Milliyyet” nəşri məlumat yayıb.

Qeyd olunub ki, istintaq çərçivəsində saxlanılanların sayı 24-ə çatıb.

İşlə bağlı ilk etirafı şübhəlilərdən biri, Nevzat B. adlı şəxs edib. Həmin şəxs bildirib ki, Narinin əmisi meyiti ona çuvalda verib. O, isə Narinin cəsədini 200 min TL (təxminən 10 min AZN) qarşılığında gizlədib.

Bununla yanaşı, Narinin cansız bədənini daşıyan qırmızı avtomobilin görüntülərinin 19 gün azyaşlının axtarışlarında iştirak edən helikopterin kameralarına yansıdığı məlum olub. Görüntülərdə Nevzat.B-nin Səlim Güranın (Narin Güranın əmisi - red.) avtomobilindən uşağın cəsədini götürdükdən sonra məhəllədə həmin maşınla dayandığı bilinib.

Qeyd edək ki, 19 gün axtarışları davam edən Narinin meyiti 1 gün öncə yaşadığı məhəllədə aşkarlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər