22 Avqust 16:10
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə videoformatda keçirilən məhkəmə iclası onun səhhəti ilə bağlı müayinələrin aparılması və müalicə müəssisəsinə sorğu göndərilməsi üçün təxirə salınıb.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin vəkili Şəhla Hümbətova deyib ki, müvəkkili iclasda iştirak edə bilmir.

"Hüseyn Abdullayevin vəziyyəti pisdir. O, müalicə olunmalıdır. Məhkəmədən xahiş edirik ki, bununla bağlı müzakirələr aparılsın", - vəkil deyib.

Sabiq deputat da səhhəti bərpa olunana qədər iclaslarda iştirak etmək istəmədiyini deyib.

Məhkəmə iclası sentyabrın 5-nə kimi təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər