Bakının Səbail rayonunda faciəli hadisə baş verib.
Səbail Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə İçərişəhərdə qeydə alınıb.
Böyük Qala küçəsi 47 ünvanında yaşayan Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Əziz Qulov yaşadığı evdə özünə bıçaq itiləyərkən xəsarət yetirib. Həmin vaxt kəskin qan itirməsindən Əziz Qulov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov