Bakının Nərimanov rayonunda ağır qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun A.Heydərov küçəsində yaşayış evlərindən birində qeydə alınıb. həmin ünvanda evlərdən birində kirayə yaşayan Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Əliyev bıçaqlanaraq qətlə yetirilib. Hadisə martın 1-də törədilib. Cinayəti törədən şəxsin kimliyi məlum deyil.
Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.
Hacı Zeynalov