Xırdalan şəhərində yerləşən emalatxananın işçisinin başına qəlibin düşməsi nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 6-da Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Euroscon” ASC-nin emalatxanasında, orada işləyən Mail Qasımovun üstünə çuqundan olan qəlib düşüb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma gedir.