11 Mart 2015 14:32
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elman Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elman Salahov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin avqustun 31-də Nəsimi rayonu S.Vurğun küçəsində Bakı şəhər sakini Elman Salahov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən paytaxt sakini Firuzə Şeyxovanı vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər