Qazax rayonunun Aslanbəyli kəndində yaşayan Abdulla Qasımovun evində təbii qazın sızmasından ani partlayış baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə martın 12-də saat 07 radələrində qeydə alınıb.
Nəticədə evin pəncərə çərçivələri dağılmış, xəsarət alıb Abdulla Qasımov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hacı Zeynalov