16 Mart 2015 15:26
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhərində şəhər sakini Əjdər Əmiri idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Elnur Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş E.Hüseynov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: