16 Mart 2015 17:09
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat partiyasının üzvü Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sirac Kərimli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sirac Kərimli ötən ilin iyulun 17-dən həbs edilib. O, narkotik ittihamı ilə tutulub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər