Sabirabad rayonunda 5 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə martın 13-də Sabirabad şəhərində qeydə alınıb. Şəhər sakini Rövşən Sadıqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Cavad kənd sakini Ağahüseyn Zeynalovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov