21 Mart 2015 17:45
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçiləri - Səyyad İbadullayev və Ayməddin Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbər verir ki, “İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvü Ayməddin Əmiraslanovun 7 aprel 2013-cü ildə Rusiya Federasiyasının bayrağı altında üzən “Kuban” gəmisinin kapitanı ilə aralarında şifahi razılaşmas olub.

Onlar həmin razılaşmaya əsasən, 3.800 ABŞ dollarına 40 ton xam neft və 18 ton mazutu "Kuban” gəmisinə yükləyiblər. Onlar həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına satıblar.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 3 il müddətinə azadlıqdan məhrum olunublar.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən sərt cəza ilə cəzalandırıldıqlarını qeyd ediblər. Onlar barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Həmçinin Baş Prokurorluq apelyasiya protesti verib.

Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının sərtləşdirilməsini tələb edib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər