23 Mart 2015 19:09
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texnikabank”ın Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxar-çıxmaz köhnə adətlərinə davam etməyə başlayıb.

Axar.az xəbər verir ki, hələlik məhkumluq həyatı tam bitməsə də, hazırda Bakı küçələrində bahalı avtomobili ilə şütüyən İ.Yusifov daha bir əyləncəsini “bərpa edib”. O, Azərbaycanın bir sıra tanınmış müğənnilərinə bahalı hədiyyələri göndərib.

Həmin hədiyyələri müğənnilərə çatdıran şəxs İslam Yusifovun bunu Novruz bayramı münasibətilə göndərdiyini xatırladıb.

İslam Yusifov hələ istintaq zamanı atası ilə birgə vətəndaşlardan mənimsədiyi pulların bir qismini müğənnilərə xərclədiyini etiraf etmişdi. Hətta müğənnilərdən birinə üst-üstə təxminən 7 milyon dollar bağışladığını bildirmişdi. Həmin müğənni istintaqa cəlb olunsa da, sonradan əmlakına həbs qoyulmadı və məsuliyyətdən azad edildi.

İ.Yusifov da zərərçəkmişlərə vurduğunu ziyan ödənmədən azadlığa çıxmağa müəssər olub. İ.Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifova isə 8 il həbs cəzası verilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə birlikdə əlbir olmaqda ittiham edib.

Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli bildirib ki, dələduzluq cinayətləri ilə məhkum olunan şəxslərin zərərçəkmişlərə dəymiş ziyanın ödənilmədiyi halda azadlığa buraxılması qanunsuzdur.

Beləliklə, qanunsuz olaraq azadlığa çıxan şəxs ziyan vurduqlarının hesabına yenidən əyləncəli həyatını davam etdirir.


Müəllif:

Oxşar xəbərlər