24 Mart 2015 23:53
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə polisi ikisi azyaşlı olmaqla 4 nəfərlik mütəşəkkil dəstəni saxlayıb.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, dəstə üzvləri rayon ərazisində olan ticarət obyektlərindən oğurluq etməkdə şübhəli bilinirlər.

Mütəşəkkil dəstənin üzvləri 1998-ci il təvəllüdlü Zərnəliyev Zamin Alik oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Elgiz Vidadi oğlu, 1995-ci il təvəllüdlü Eyvazov Təbriz Maarif oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Orxan İsmayıl oğludur. İlkin dindirilmə zamanı dəstə üzvləri ayrı-ayrı vaxtlarda rayon ərazisində törətdikləri oğurluqları etiraf ediblər. Onlar bildiriblər ki, müəyyən vaxtlarda Bərdə şəhərində 3 ticarət obyektindən oğurluq ediblər.

Təqsirləndirilən şəxslərin bildirdiyinə görə, onlar mağazaya şüşəni sındırmaq yolu ilə daxil olublar. Oradan müxtəlif əşyalar, pul və içkilər oğurlayıblar. Marketin sahibi şifahi olaraq bildirib ki, ona ilkin hesablamaya görə 5 min manat civarında ziyan vurulub.

Dəstə üzvlərindən 3-ü əvəllər oğurluq və xuliqanlıq maddəsi ilə saxlanılıblar. Bərdə Polis şöbəsinin istintaq bölməsindən bildirilib ki, hazırda dəstə üzvlərinin bu kimi digər əməllərinin olub-olmaması araşdırlır.

Hazırda faktla bağlı araşdırmalar davam edir.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər