Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Sabunçu stansiyasında qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zərifə Qurbanova bıçaqlanaraq qətlə yetirilib. Onun meyiti ərazidən aşkar edilib. Keçirilən əməliyyat zamanı Zərifə Qurbanovanın doğma atası Cəlal Qurbanov tərəfindən qətlə yetirildiyi məlum olub.
Cəlal Qurbanov həbs edilib. O, törətdiyi cinayəti etiraf edib. Zərifə Qurbanova başqa-başqa kişilərə yüngül həyat tərzi keçirimiş. Atası da qızına bu hərəkətlərinə son qoymasını istəyib. Amma Zərifə Qurbanova atasının iradlarına məhəl qoymayıb.
Elə martın 25-dən 26-na keçən gecə də başqa bir kişi ilə görüşdükdən sonra geri qayıdan Zərifəni atası qarşılayıb. Bu dəfə ata qızına iradını bildirməyib və özündə olan bıçağı yüngül həyət tərzi keçirən qızının ürəyinə sancıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov