29 Mart 2015 20:18
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon sakini Taleh Qasımovun idarə etdiyi “VAZ-2107” və Bəcrəvan kənd sakini Tapdıq Quliyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub.

T.Qasımov və 2 sərnişini, habelə T.Quliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Əyyub Müqabil orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: