Göygöl rayonu ərazisindən silah-sursat tapılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Çaykənd kəndinin ərazisindən 1 ədəd qumbaraatan, 1 ədəd “AKM-74”, 1 ədəd “AKMS” silahları, 2 ədəd “Karabin”, 2 ədəd “TOZ-8” və 1 ədəd “TOZ-16” markalı tüfənglər, 29 ədəd lüləaltı qumbaraatan üçün mərmi, 3 ədəd qumbara, 3 ədəd mərmi, 1387 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq, 25 ədəd patron darağı və 1 ədəd patron darağı üçün çanta tapılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri görülür.
Hacı Zeynalov