Almaniyanın Luftansa aviaşirkəti Fransanın cənubunda qəzaya uğranış A-320 tipli “Airbus” təyyarəsində həlak olanların ailələrinə 275 milyon avro ödəyəcək.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, mütəxəssislər bu konpensasiyanın təklif edilən məbləğdən çox olduğunu bildiriblər. Onların fikrincə, şirkət bununla qəza ilə bağlı məsuliyyətini gizlətməyə çalışır.
Qeyd edək ki, təyyarə martın 24-də Alp dağlarına çırpılıb. Qəza nəticəsində 150 sərnişin və ekipaj üzvü həlak olub.
Samir