İmişli rayonunda örüş sahəsində oğurluq edənlər həbs edilib. Bu barədə Teleqraf.com-a İmişli Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, bu il fevral ayının 25-də İmişli rayonunun Çahar kəndinin örüş sahəsində oğurluq edənlər müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də 13 yaşlı Elton Əzizovun otardığı 6 baş qoyununu soyğunçuluq yolu ilə alan rayon sakinləri Şövqi Qurbanlı, İlqar Hüseynov və Allahşükür Əzizov tutulublar.
Hadisə zamanı Allahşükür Əzizova məxsus “VAZ-2107” markalı avtomobildən istifadə edilməsi də müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan gənclər törətdikləri cinayəti etiraf ediblər və qoyunları Gəncə şəhərində satdıqlarını və pulları xərclədiklərini deyiblər. Onlar oğurluq yolu ilə satdıqları qoyunlaqrdan əldə etdikləri pulları əyləncəyə xərclədiklərini deyiblər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov