8 Aprel 2015 14:19
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Ağsu-Bico yolunun 7-ci kilometrliyində, Çaparlı kəndi ərazisində qeydə alınıb. “Opel” markalı minik maşını qarşı tərəfdən gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə Tural Hüseynov, Arzu Qasımova, Gülşən Naibova, Rüstəm Naibov müxtəlif bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: