8 Aprel 2015 18:23
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluğa cəhddə təqsirləndirilən “DES Consulting” şirkətinin baş direktoru Nazim Səmədov, şirkətin prezidenti Asəf Hacıismayılov, şirkətin proyekt meneceri Orxan Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, “Sovetski”dən köçürülən sakinlər üçün yeni binların tikilməsilə bağlı yayılan məlumatlarda dələduzların fırıldağı ortaya çıxıb. “Sovetski” sakinləri üçün Gəncə prospektində 810 mənzilli 16 mərtəbəli doqquz binanını tikəcəyin bildirən “DES Kosaltinq” şirkəti həmin mənzilləri hər kvmetri 375 manatdan sakinlər üçün satacaqlarını bildiriblər.

Amma Yasamal rayon İcra Hakimiyyətinini məlumatı araşdırması həmin şirkətin dələduzluqla məşğul olduğunu ortaya çıxarıb. Yasamal, Səbail rayon eləcə də Bakı şəhər prokurorluğunun əməkdaşları “DES Konsalt”inqin ofisində araşdırmalar aparıb. Şirkətin direktoru Nazim Səmədov öz əməlinə haqq qazandımağa çalışıb. Şirkət nümayəndəsi vətəndaşlarla müqavilələr bağladığını etiraf etsə də onlardan hər hansı məbləğdə pul almadıqlarını iddia edib. Faktla bağlı Cinayət Məcələsinin 29.178 (dələduzluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nazim Səmədəov 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Asəf Hacıismayılov və Orxan Fərhədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onların cəzası şərti hesab edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər