Gəncə şəhərində ağır yol nəqliyyat hadisəsi törədən sürücü məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Sübhan Ələkbərovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “VAZ-2106” markalı avtobilin sürücüsü, Gəncə şəhər sakini Böyükağa Cahangirov saxlanılıb.
Qeyd edək ki, hadisə şəhərin Nizami prospektində baş verib. Sürücüsü hələ ki, məlum olmayan ağ rəngli “VAZ 2106” markalı avtomobil şəhər sakini, 1999-cu il təvəllüdlü Sübhan Bəhmən oğlu Ələkbərovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildirirlər.
Hacı Zeynalov