10 Aprel 2015 15:09
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qardaşı oğlunu öldürməyə cəhddə ittiham olunan 1967-ci il təvəllüdlü Oqtay Cəfərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Oqtay Cəfərov bu ilin avqustun 1-də Pirallahı rayonunun Gürgən qəsəbəsində qardaşı oğlunu öldürməyə cəhd edib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Oqtay Cəfərov sərxoş vəziyyətdə xuliqanlıq zəminində sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu, 1982-ci il təvəllüdlü Niyazı Cəfərovu güllələyib.

Nəticədə baş nahiyəsindən xəsarət alan Niyazi Cəfərov xəstəxanaya yerləşdirilib. Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oqtay Cəfərov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək onun cəzasının ağırlaşdırılmasını istəyib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Oqtay Cəfərovun cəzasının ağırlaşdırılması ilə bağlı prokurorluğun protesti qismən təmin edilib və onun cəzası 10 il 7 aya qədər artırılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər