Bakıda avtomobildən oğurluq etməkdə təqsirləndirilən şəxs tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, aprelin 13-də İslam Mayılova məxsus “KİA” markalı avtomobildən içərisində 300 manat, mobil telefon və sənəd olan çanta oğurlanıb. İslam Mayılov oğurluq hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsinə şikayət edib.
Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğun Zəngilan rayon sakinləri Elşən Rzayev və Yusif Hüseynov tərəfindən törədilməsi müəyyən edilib. Əməliyyat zamanı Elşən Rzayev tutulub, Yusif Hüseynovun isə tutulması üçün tədbirlər görülür. Hər iki şəxs əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunublar.
Hacı Zeynalov