Şirvan şəhərində intihara cəhd hadisəsi olub.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 16-da qeydə alınıb. Sabirabad rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib.
Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov