17 Aprel 2015 14:03
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Aslanovdan 3,08 qram tiryək götürülüb.

Onun yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 47 qram tiryək aşkar edilib.

Hacı Zeynalov


Müəllif: