Sabirabad rayonunun Şəhriyar kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, kənd sakini Həsən Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolayrıcısına vurub. Nəticədə sürücü və sərnişini, həmkəndlisi Asif İsayev xəstəxanaya yerləşdirilib, A.İsayev orada ölüb.
Aprelin 20-də saat 02 radələrində Saatlı rayonunun Dədə Qorqud kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Atabala Allahyarov vurulub. Xəstəxanaya yerləşdirilmiş A.Allahyarov orada ölüb.
Hacı Zeynalov