Bakının Binəqədi rayonunda silahlı insident baş verib.
Binəqədi Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, iki ayağı olmayan 65 yaşlı İsgəndər Məmmədov ov tüfəngi ilə özünü öldürmək istəyib. Bu zaman onun qarşısına 60 yaşlı həyat yoldaşı Heyran Məmmədova keçib. Nəticədə kişi ehtiyatsızlıqdan həyat yoldaşını güllələyib. Qadın aldığı xəsarət nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov